XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 06:08

“Qazprom” Avropada [color=red]”qiymət savaşına” hazırlaşır

Rusiyanın enerji şirkəti "Qazprom"dan ötən günlərdə bildiriblər ki, şirkətin strategiyasında yeni prioritet olaraq qaz ixrac müqavilələrində daha çevik bir qiymətqoyma modeli qəbul ediləcək.

Moskva Yeni İqtisadiyyat Universitetinin Enerji və Qaz Ehtiyatlar şöbəsinin direktoru Vitaliy Kazakov, "Qazprom"un çevik tarif modeli ilə neft qiymətlərinə indeksli qaz tarifi modeli və spot bazara indeksli qaz qiymətləri arasındakı fərqi azaltmağa çalışdığını bildirib.

Avropada elektrik istehsalında neftin payının az qala qalmadığını bildirən Kazakov "bu səbəblə, ABŞ-ın rəhbərliyi altında Henry Hub Təbii Qaz Spot Qiymətqoyma ilə qaz qiymətləri neftin qiymətlərindən getdikcə daha müstəqil hala gəlib" deyib.

Kazakov "Qazprom"un eynilə OPEC kimi ixrac etdiyi əmtəənin həcmi ilə oynayaraq qiymətə nəzarət etməyə çalışdığına diqqəti çəkərək, bu ifadələri işlədib:

"OPEC bazar payını zamanla digər neft istehsalçılarına itirməyə başlayanda hasilat həcmini azaltmayaraq qiymətləri aşağı saldı. Məqsəd digər yüksək xərcli istehsalçıları bazardan sıxışdırmaqdır. "Qazprom"un yeni qiymət siyasəti OPEC-in son dövrdəki qiymət siyasətinə çox bənzəyir".

"Qazprom" çevik bir tarif siyasətini tətbiq edərək, Avropada azalan bazar payını geri qazanmağa çalışacaq.

Marja.az