XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 06:58

12 milyon dollarlıq istiqraz satıldı -[color=red] Nazirlik

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, ümumi həcmi 12 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq, 2.77% və 3.02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.

Eyni zamanda ümumi həcmi 20,0 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq, 7.79% və 8.8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.

Maliyyə Nazirliyi ümumi həcmi 500,0 milyon ABŞ dolları və 400,0 milyon manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun cari ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq, hərracların keçirilməsini təmin edəcək.

Lent.az