XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

06 Noyabr 2019 - 21:32

Zakir Nuriyev:"Hazırda bankların İT sahəsində böyük həcmdə işçi qüvvəsinə tələbatı var"

Hazırda bankların İT istiqamətində böyük həcmdə işçi qüvvəsinə tələbatı var. Lakin bu tələbat qarşılanmır. Banklar ayrı-ayrılıqda təşəbbüslərini reallaşdırırlar. Tələbələr üçün təcrübə proqramları həyata keçirirlər.

Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” mövzusunda IV Beynəlxalq Bankçılıq Forumunda çıxışında deyib.

O bildirib ki, bu prosesin mərkəzləşdirilmiş formada həlli daha məqsədəuyğundur. Bank sektorunun inkişafı üçün bu gün əsas dəstək, mövcud qaydalarda və qanunlarda sürətli dəyişiklik etmək imkanlarının yaradılmasıdır.

Digər məsələ isə bankların İT üzrə yüksək kompetensiyalarına malik kadrlarının təmini ilə bağlıdır.