XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 06:18

Əmanətlərin Sığortalanması Fondundan 18 milyon manata yaxın[color=red] KOMPENSASİYA

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “Bank of Azerbaijan”ın əmanətçilərinə kompensasiya ödənişi davam edir.

Əmanətlərin Sığortalanması Fondundan fins.az-a verilən məlumata görə, yanvarın 29-dan bəri sığortalı əmanətçilərə 17,3 milyon manatdan çox pul ödənilib. Paralel olaraq, AMB tərəfindən lisenziyası ləğv olunmuş “Gəncəbank”ın əmanətçilərinə də kompensasiya ödənilir. Fevralın 4-dən bəri bu bankda əmanəti olan sığortalı müştərilər 268 min manatdan artıq pul alıblar.