XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

12 Noyabr 2019 - 16:11

Azərbaycanda Türkiyə şirkəti 42 min dollar cərimələnib –Palatanın tələbi ilə

Maliyyə Bazarlarına Nəzarət Palatası “MGM İnşaat ve Elektrik Malzemeleri Dış Ticaret Limited Şirketi”nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

Strateq.az “Report”a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsi protokola əsasən, şirkəti 42 050 dollar cərimə edib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “MGM İnşaat ve Elektrik Malzemeleri Dış Ticaret Limited Şirketi” 1999-cu ildə Türkiyədə yaradılıb və “MGM GROUP”a aid şirkətlərdir. Şirkət Türkiyə ilə yanaşı, Azərbaycan, Rusiya və s. ölkələrdə də inşaat sahəsində layihələr həyata keçirir.