XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2019 - 12:11

İbrahim Alışov:"Azərbaycanın bank sektoruna 2 milyard manata yaxın kapital qoyulub"

“2019-cu ilin əvvəlindən Azərbaycanın bank sektorunda 1,9 milyard manat kapital inyeksiyası həyata keçirilib”.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib.

“Hazırda ölkədəki 30 bankın 14-də xarici kapital mövcuddur və ineksiya edilən 1,9 milyard manat kapitalın 1 milyard manatı xarici kapitallı bankların payına düşüb. Bunun 800 milyon manatı yeni (“Fresh”) kapitaldır”, – o deyib.

2017-ci ilin II yarısından başlayaraq Azərbaycanda bank əmanətlərinin azalması dayanıb və əmanətlər artmağa başlayıb. Həmin vaxtdan bank sektorunda ilkin müsbət trendlərin şahidi olduq. Təbii ki, 2017-2019-cu illərdə aparılmış instusional və hüquqi islahatlar, kapitallaşma problemlərinin aradan qaldırılması bank sektorunun ölkə iqtisadiyyatına verə biləcəyi rol növbəti dövrlərdə bank-biznes münasibətlərini yeni müstəviyə çıxardı”, – İ.Alışov əlavə edib/Report.