XƏBƏR LENTİ

09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

14 Noyabr 2019 - 13:38

Deputat:“Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub”

Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlarla əlaqədar olaraq, ölkədə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Vergi Məcəlləsində də bir sıra dəyişikliklərin edilməsini zəruri edir.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, 2001-ci ildə qəbul edilmiş Vergi Məcəlləsi Azərbaycanda yeni iqtisadi sistemin formalaşmasına, ölkəyə maliyyə resurslarının cəlb edilməsinə öz müsbət təsirini göstərib: “Dünyada qlobal risklərin artdığı bir şəraitdə sahibkarlığın və iqtisadi inkişafın keyfiyyətinin yüksəldilməsi Vergi Məcəlləsində də bir sıra dəyişiklikləri zəruri edib. Vergi Məcəlləsində edilən növbəti dəyişikliklər mahiyyətinə və əhatə dairəsinə görə şübhəsiz ki, Azərbaycan tarixində mühüm dəyişiklik kimi qeyd edilə bilər”.

O bildirib ki, Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub. Onlardan 73-ü ayrı-ayrı maddələrin dəyişməsi ilə əlaqədar, 89 ədədi isə texniki dəyişiklikdir/Report.