XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

14 Noyabr 2019 - 18:44

Neft tələbat artacaq –2040-ci ildə 106,4 milyon barrel olacaq

Keçən il sutkalıq orta hesabla 96,9 milyon barrel olan qlobal neft tələbatı 2040-cı ildə 106,4 milyon barrelə çatacaq.

Strateq.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Bildirilir ki, beləliklə qlobal enerji mənbələri arasında ən böyük tələbat yenə də neftə olacaq.

Asiya-Sakit Okean bölgəsi qlobal neft tələbatına görə gündəlik 39,2 milyon barrel ilə birinci yerdə, Şimali Amerika isə 19,1 milyon barrellə ikinci sırada qərarlaşacaq.