XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

15 Noyabr 2019 - 17:18

Azərbaycana avtomobil idxalı 2 dəfəyə yaxın artıb –DGK

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35 457ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16121ədəd və yaxud 83,4% (2 dəfəyə yaxın) çoxdur.

Son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 262 ədəd və yaxud 2,5 dəfə artaraq 441 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 14589 ədəd və yaxud 84,1% artaraq 31 934 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1 212 ədəd və yaxud 70,4% artaraq 2 934 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 58 ədəd və yaxud 64,4% artaraq 148 ədəd olub.