XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

15 Noyabr 2019 - 18:36

Azərbaycanda xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 2 dəfədən çox artıb –DGK

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 190 ölkə ilə ticarət əməliyyatı aparıb. 

Dövlət Gömrük Komitəsinin verdiyi məluata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12 ölkə və yaxud 6,75% çoxdur.

Son 1 ildə Azərbaycanda xarici ticarət iştirakçılarının sayı isə 82,4% və yaxud 2 dəfəyə yaxın artaraq 35 261-ə çatıb. O cümlədən xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 2,1 dəfə artaraq 27 156-ya, hüquqi şəxslərin sayı isə 22,1% artaraq 8 105-ə çatıb.