XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

15 Noyabr 2019 - 18:47

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini artırıb –12%

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 455,515 milyon ABŞ dolları dəyərində 467,292 min ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 50,018 milyon dollar (12,3%) və 24,096 min ton (5,4%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,7%-ni təşkil edib.

Belə ki, bu ilin10 ayında Azərbaycan xarici ölkələrə 139,576 min ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 147,606 milyon dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 0,9%-ni təşkil edib.

Ötən 10 ay ərzində Azərbaycan 18,545 min ton meşə fındığı da ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlir isə 101,221 min dollar olub. Meşə fındığı ixracı ölkəmizin ümumi ixracının 0,6%-ni təşkil edib.

Həmçinin ötən 10ay ərzində Azərbaycan alma ixracından 28,798 milyon dollar gəlir əldə edib. Azərbaycan almasının ixracın həcmi isə 70,155 min ton olub ki, bu da ümumi ixracda 0,2% pay deməkdir.

Bundan başqa, bu il ərzində Azərbaycan 66,662 min ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 47,577 milyon dollar vəsait əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,3% paya malik olub.