XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 11:43

“Texnikabank”la bağlı daha bir – [color=red]Qərar

Bir neçə gün əvvəl Mərkəzi Bank tərəfindən lisenziyası ləğv olunan “Texnikabank” müflis elan olunub.

Strateq.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 Qərarı ilə Texnikabank ASC müflis elan edilmiş və iflas prosedurunu başlanılıb.

Məlumatda qeyd olunur ki, “M.M.M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilib və qərar dərhal icraya yönəldilib.

"Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən bildiririk:

– bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; – banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; – bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; – qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; – bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; – Bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.

Ləğv prosesində olan “Texnikabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

“Texnikabank” ASC qarşısında öhdəlikləri olan şəxslər borclarının ödənilməsi və ya məlumat almaq üçün, Bankın Baş ofisi ilə yanaşı filial və şöbələrinə müraciət edə bilərlər".