XƏBƏR LENTİ

11 Dekabr 2019

Digər Xəbərlər

18 Noyabr 2019 - 11:35

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu 25%-ə yaxın artıb –DGK

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 555 512, 93 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56 125,52 min dollar və ya 11,2% çoxdur.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk on ayında Azərbaycandan Gürcüstana ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 70 893,56 min dollar və ya 16,7% artaraq 495 567,65 min dollar, idxalın həcmi isə 14 768,04 min dollar və ya 19,8% azalaraq 59 945,28 min dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 435 622,37 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 85 661,6 min dollar və ya 24,5% çoxdur.