XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

18 Noyabr 2019 - 12:16

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfəyə yaxın artıb –DGK

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3 641 507,13 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 851 816,67 min dollar və ya 30,5% artıb.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk on ayında Azərbaycandan Türkiyəyə ixracın həcmi 2 314 678,60 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 834 645,08 min dollar və ya 56,4% çoxdur. İdxalın həcmi isə 1 326 828,53 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17 171,59 min dollar və ya 1,3% artıb.

Nəticədə, hesabat dövründə 987 850,07 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 817 473,5 min dollar və ya 5,8 dəfə çoxdur.