XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

19 Noyabr 2019 - 17:45

Əli Əsədov Qazaxıstanda:Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradılır + FOTO

Qazaxıstanın baş naziri Askar Mamin və Azərbaycanın Baş Naziri Əli Əsədov “TransCaspian Fiber Optic” (TCFO) layihəsinin – Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması səbəbilə Aktau şəhərində keçirilən təntənəli mərasimdə iştirak ediblər.

Bu barədə” Qazaxıstan Baş nazirinin saytında məlumat verilib.

Qitələrarası layihə olan TCFO Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradacaq. Xəzər dənizinin dibi ilə 380-400 km uzunluğunda kabel çəkilməsi işləri “Transtelecom”, “KazTransCom” və Azərbaycanın rabitə operatoru “AzerTelecom” tərəfindən həyata keçiriləcək. FOCL 2021-ci ilin sonunadək istifadəyə veriləcək və o, azı 4-6 terabit/san məlumat ötürücülüyü qabiliyyətinə malik olacaq.

“Azərbaycan Qazaxıstanın strateji tərəfdaşıdır. Dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri Qazaxıstanın ilk Prezidenti – Elbası Nursultan Nazarbayev, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və sonradan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Elbasının xarici siyasət kursunu davam etdirərək Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin və dərinləşməsinin xüsusi önəm verir”, – A.Mamin deyib.

Qazaxıstan hökumətinin başçısı qeyd edib ki, TCFO birgə layihəsi yüksəksürətli və təhlükəsiz məlumat ötürülməsi infrastrukturunun daha da yüksək inkişaf səviyyəsinə çatmağa, aparıcı Avropa-Asiya magistral marşrutları sırasına daxil olmağa və məlumat ötürülməsi sahəsində dünyada layiqli yer tutmağa imkan verəcək.

A.Mamin və Ə.Əsədov iki ölkə arasında ticar-iqtisadi, investisiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik və mədəni-humanitar sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə ediblər/Report.