XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

19 Noyabr 2019 - 22:11

Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi nədir?- Açıqlama

Xarici ölkənin Azərbaycandakı səfirliyində çalışan şəxsin vergi öhdəliyi nədən ibarətdir?

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Azərtac-a bildirilib ki, Azərbaycan Respublikası ərazisində diplomatik nümayəndəliklərdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.

Belə ki, sözügedən yerlərdə çalışan şəxslərin əməkhaqqından vergilər 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcəsi ilə vergi hesablanır.