Neftin qiyməti son 2 həftənin minimumuna enib.
“Qara qızıl”ın qiyməti ABŞ-da neft ehtiyatlarının artması, Birləşmiş Ştatlar və Çin arasındakı ticari razılaşmaya dair inkişaflar fonunda son 2 həftənin minimum səviyyəsində qərarlaşıb.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 61,33 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 55,48 dollara satılır.