XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

21 Noyabr 2019 - 15:03

İran Rusiyadan kredit alır –5 milyard dollar

“İran dəmir yolu və enerji layihələrini həyata keçirmək üçün Rusiyadan 5 milyard ABŞ dolları borc alacaq”.

Bunu İranın Energetika naziri Reza Erdakanian deyib.

Onun sözlərinə görə, sabah bu məsələ ilə əlaqədar Moskvaya səfər edəcək və Rusiyadan olan həmkarı Aleksandr Novak ilə görüşəcək.

“Həmin vəsait Hürmüzqan əyalətindəki 1 400 meqavatlıq elektrik stansiyasının inşası və dəmir yolu xətlərinin bərpası üçün istifadə ediləcək”, – nazir qeyd edib/Report.