XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

21 Noyabr 2019 - 17:25

Gələn ay SOCAR yeni yanacaqdoldurma məntəqəsi açacaq –Gürcüstanda

“Gələn ay “Sınıq Körpü” gömrük-keçid məntəqəsindən Batumi şəhərinə qədər ölkənin uzanan əsas magistral avtomobil yolunun Tercola (Terjola) məntəqəsi yaxınlığında böyük bir multifunksional yanacaqdoldurma məntəqəsi (YDM) açılacaq”.

Bunu “Report”a eksklüziv açıqlamasında “SOCAREnergy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, bu, adıçəkilən yolda “SOCAR” brendi ilə fəaliyyət göstərəcək üçüncü böyük kompleks olacaq: “Gürcüstanda yeni yollar inşa edilir. Əvvəlki vacib sayılan yol yenisi inşa edildikdən sonra ikinci dərəcəli yol olur. Artıq aktuallığını itirə biləcək YDM-ləri bağlamalı və ya fəaliyyətini məhdudlaşdırmalı oluruq”.

M.Məmmədov bildirib ki, burada digər prioritetlər yaranır: “Yaxın vaxtlarda Gürcüstan dövləti Acarıstan Muxtar Respublikasının ərazisində yeni bir çoxfunksiyalı YDM-in açılması üçün tender elan edəcək. Biz bu tenderdə iştirak edəcəyik. Bu YDM-lərdə əsas məqsəd isə turistlərin və  bu yoldan keçənlərin istirahətinin təşkil edilməsidir. Əsas məqsəd onların asudə vaxtının səmərəli təşkil olunmasıdır. Yanacağın satılması orada ikinci dərəcədə olacaq”.

O qeyd edib ki, hazırda Gürcüstan ərazisində SOCAR brendi altında 114 YDM fəaliyyət göstərir.