XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2019 - 22:21

Tramp “Apple” şirkətindən xahiş etdi:"Pulunuz və texnologiyalarınız var, ABŞ-da 5G şəbəkəsini qurun"

ABŞ prezidenti Donald Tramp “Apple” şirkətinin rəhbəri Tim Kuku ölkədə qabaqcıl 5G rabitə şəbəkəsinin qurulmasında iştirak etməyə çağırıb.

Bu barədə dövlət başçısı “Twitter”dəki səhifəsində yazıb:

“Dünən Texas ştatının Ostin şəhərində 1 milyard dollarlıq yeni kampusun tikintisinə dair müzakirə üçün etdiyim səfər zamanı Tim Kukdan ABŞ-da 5G şəbəkəsini qurmaq məsələsinə baxmağı xahiş etdim. Onlarda pul, texnologiyalar, baxışlar, yəni hər şeyi var!”, – D.Tramp qeyd edib/Report.