XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2019 - 11:18

TAP-ın Yunanıstan hissəsi artıq hazırdır –KİV

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) Yunanıstan hissəsi hazırdır və sınaq işlərinə artıq dekabr ayının əvvəlində başlayacaq.

Bu barədə yunan mediası xəbər verir.

İstifadəyə verilmə mərhələsində qazın təhlükəsiz kommersiya nəqlini təmin etmək məqsədilə boru kəməri ilə kiçik həcmdə təbii qaz buraxılacaq. Boru kəməri artıq təzyiq altında su vurularaq struktur qüsurları üçün sınaqdan keçirilib. Kəmərin istismara verilmə mərhələsi bir neçə ay davam edəcək, lakin kommersiya qazının nəqli 2020-ci ildə başlayacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur. (APA)