XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2019 - 23:21

Bu il ölkədə 1880 minik avtomobili istehsal edilib –Dövlət Statistika Komitəsi

Yanvar-oktyabr aylarında Azərbaycanda 1880 minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 10 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 10,8 faiz azalıb.

Həmçinin hesabat dövründə 899 traktor istehsal edilib.