XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2019 - 15:49

“Bərdə Dəmir Beton-9” ASC və 7 avtomobil özəlləşdirildi –Hərrac

Noyabrın 26-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Strateq.az-a verilən məlumata görə, iqtisadiyyatda özəl sferanın xüsusi çəkisini artırmağa imkan verən, özəlləşmə prosesinin sürətlənməsini təmin edən hərraclar davam etdirilir.

Bugünkü hərracda “Bərdə Dəmir Beton-9” ASC-nin 30 faizlik səhm paketi özəlləşdirilib: “Tikinti sahəsinə aid olan bu müəssisənin fəaliyyətinin genişləndirilməsi ilə səhmdarlar yüksək gəlir əldə edə bilərlər. Adıçəkilən səhmdar cəmiyyətinin nizamnamə kapitalı 203 min 509 manatdır”.

Bundan əlavə, hərracda “Toyota Prado” markalı nəqliyyat vasitəsinin hərracı zamanı təkliflər hər 60 saniyədən bir yenilənib. Nəhayət, ilkin start qiyməti 10 min manat olan həmin avtomobil ən son 23 min 500 manata özəlləşdirilib. Nəqliyyatın istehsal tarixi 2008-ci ildir.

Bundan başqa, digər 6 avtomobil də özəlləşdirilib. Həmin nəqliyyat vasitələri Avropa və yapon istehsalı olan maşınlardır.