XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2019 - 16:18

Gömrük sədri rüsumlardan danışdı:"7 ildən yuxarı olan maşınların ölkəyə gətirilməsinə məhdudiyyət qoyulsun"

“Əgər Dövlət Gömrük Komitəsinə rüsumların azaldılması ilə bağlı təkliflər daxil olsa, biz onlara etiraz etmərik”.

Bunu bu gün keçirdiyi mətbuat konfrasında Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri deyib ki, bu, “gecə-qara, cücə qara” məsələsi deyil.

O, bəzi sahibkarları da qiymətlərlə “oynamaq”da ittiham edib: “Gömrük rüsumlarının müəyyən edilməsi bizim səlahiyyətimizdə deyil. Komitə olaraq özümüz də hökumətə bir sıra təkliflər vermişik. Komitə tərəfindən təklif edilib ki, istehsal tarixi 7 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulsun. Həm ekoloji tarazlıq, həm də insanların sağlamlığını düşünərək bu cür təkliflə çıxış etmişik”.

S.Mehdiyev ölkəyə gətirilən meyvələrin qiymətindən da danışıb/Mia.az.