XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2019 - 20:50

OPEC+ razılaşmasının müddəti uzadıla bilər –Açıqlama

Gələn il martın sonunda müddəti başa çatacaq, neft hasilatının azaldılmasını nəzərdə tutan OPEC+ razılaşmasının müddəti daha 3-6 ay artırıla bilər. 

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) daxilində aparılan müzakirələrin iştirakçılarından biri bildirib.

Onun sözlərinə görə, həm OPEC-ə üzv olan, həm də olmayan neft istehsalçıları, o cümlədən Rusiya müddətin artırılmasının tərəfdarıdır. Bununla belə, Rusiyanın Energetika Nazirliyindən bununla bağlı şərh verilməyib/Report.