XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 00:05

ABŞ-ın neft ehtiyatları artıb –1,57 milyon barel

Ötən həftə ABŞ-ın neftin ticarət ehtiyatları 1,572 milyon barel artıb.

Bu barədə “Bloomberg” bildirib.

Ölkənin Energetika Nazirliyinin məlumatına əsasən noyabrın 22-də Birləşmiş Ştatların neft ehtiyatları 451,952 milyon barel təşkil edib.

“Bloomberg” agentliyi tərəfindən rəyi soruşulmuş analitiklər bildiriblər ki, neft ehtiyatlarının 878 min barel azalacağını gözləyiblər.

2020-ci ilin yanvarında “Brent” markalı neftin Londonun ICE birjasında bir barelinin fyuçers qiyməti 0,16%-ə qədər ucuzlaşaraq, 63,11 dollar təşkil edib/Report.