XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 14:33

Ceyhan terminalından indiyədək neftlə yüklənmiş 4 356 tanker yola salınıb –BIL

Türkiyənin “Botas International Limited” (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,34 mlrd. bareldən çox neft yola salınıb.

Bu barədə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 356 tanker AÇG nefti ilə yüklənilib. Bu il (noyabrın 29-a olan vəziyyətə görə) Ceyhan neft terminalından 215,01 mln. barel neft və 271 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur. (apa)