XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2019 - 17:48

Dövlət Gömrük Komitəsi:Aidiyyəti orqanlar gömrük işinin spesifikasını bilmir

“Əvvəllər Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi olmadığı üçün bütün aşkar edilmiş faktların sonrakı istintaqını aparmaq üçün onları aidiyyəti dövlət orqanlarına göndərirdik. Sonra məlum oldu ki, həmin orqanlar bu işin spesifikasını bilmir. Çünki gömrük işinin öz xüsusiyyətləri var”.

Bunu adı çəkilən idarənin rəisinin I müavini Güloğlan Muradlı deyib.

Onun sözlərinə görə, gömrük işini bilmədən hansısa faktı şəffaf, obyektiv və hərtərəfli araşdırıb ona hüquqi qiymət vermək qeyri-mümkündür: “Bu səbəbdən həmin orqanlara göndərilən işlərin böyük əksəriyyəti hüquqi qiymətini tapmayıb. Şəffaflığın təmin edilməsi üçün Komitədə Əməliyyat-İstintaq Baş İdarəsini yaratdıq. Gömrük işindən xəbəri olan, bu sahədə təcrübəsi olan şəxslər daha yaxşı nəticə əldə edib işə hüquqi qiymət verə bilirlər”.

Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında deputatların bir neçəsi Azərbaycanda hər qurumun ayrıca istintaq idarəsi olmasından narazılığını ifadə etmişdi. (report)