XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 05:43

Statistika Komitəsi: [color=red]“Ərzaq məhsulları bahalaşıb”

 

erzaq.jpg

Yanvar ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,2 faiz bahalaşıb.

Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən azertag.az-a bildirilib ki, bitkiçilik məhsullarından buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın istehsalçı qiymətlərində bahalaşma qeydə alınıb. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb. Yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətlərinin bahalaşdığı müəyyən edilib.

Digər məhsulların qiymətlərində ciddi dəyişiklik müşahidə olunmayıb.