XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 05:48

“Günəşli”də yanan platforma [color=red] 4 aya təmir olunacaq

 

gunesli yanqin.jpg

SOCAR mayın sonlarınadək “Günəşli” yatağında yerləşən 10 saylı platformada təmir işləri aparmaq istəyir.

Bu barədə SOCAR rəhbəri Rövnəq Abdullayev IP Week çərçivəsində jurnalistlərə bildirib.

“Yanğının söndürülməsindən dərhal sonra  platformada təmirə başlayacağıq. Quyunu təmir etmək üşün 3-4 ay vaxt lazım gələcək. Tam gücümüzlə çalışacağıq ki, mayın sonlarına kimi quyunu qaydaya salaq. Orada  1,3 mln. kubmetr qaz və 1 min ton neft hasil olunur”, – o bildirib.

Lakin SOCAR prezidenti əlavə edib ki, bu il şirkət neft hasilatının ötən ildə olduğundan 500-600 min ton az olacağını gözləyir.

Qeyd edək ki, yanğın 2015-ci il dekabrın 4-də 10 saylı platformada  baş verib. 68 gündən sonra yerli vaxtla saat 19:54-də qaz quyularında yanğın tam söndürülüb.