XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 19:06

“TRT Haber”:Avrasiyanın ən uzun boru kəməri Azərbaycan təbii qazını Avropaya çatdıracaq

Türkiyənin geniş tamaşaçı auditoriyası olan “TRT Haber” kanalı Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərinin birləşməyə hazır olması barədə geniş reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, “Enerjinin İpək yolu” başlığı ilə yayımlanan reportajda Azərbaycanda istehsal olunan təbii qazın Avropaya nəqli istiqamətdə həyata keçirilən TANAP layihəsinin ideya olaraq ortaya çıxması, təməlinin qoyulması, açılışı və sair proseslər barədə türkdilli tamaşaçılara müfəssəl məlumat verilir. Reportajda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə bu günə qədər TANAP-la bağlı keçirilən mərasimlərdən, o cümlədən bu boru kəmərinin tikintisindən və mövzunu əhatə edən infoqrafikalardan ibarət kadrlar əks olunub.

Diqqətə çatdırılıb ki, noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala bölgəsinə TANAP və TAP xətlərinin birləşməsi münasibətilə mərasim keçiriləcək. Bununla da, Avrasıyanın ən uzun boru xətti Azərbaycan qazının Avropaya nəqlinə başlayacaq.