XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2016 - 13:23

500 avroluq əsginaslar [color=red] dövriyyədən çıxarıla bilər

Avropa İttifaqının (Aİ) maliyyə nazirləri Brüsseldə keçirilmiş toplantıda 500 avroluq əsginasların dövriyyədən çıxarılmasına dair təklif irəli sürüblər.

Bunun əsas səbəbi bu əsginasların terrorçular, çirkli pulların yuyulması və narkotik vasitələrin ticarəti ilə məşğul olanlar tərəfindən ən çox istifadə edilən əskinas olmasıdır. Nazirlərin irəli sürdüyü təklif əsasən, terrorizmin maliyyələşdirilməsində geniş istifadə olunan 500 avroluq əskinazlarla bağlı təhlükələrin necə azaldılmasına dair məqamları özündə əks etdirir.

Fransanın maliyyə naziri Mişel Sapin məsələyə münasibət bildirərək vurğulayıb ki, 500 avroluq əskinaslar son zamanlar standart alış-veriş əməliyyatlarından çox qeyri-qanuni tranzaksiyaların həyata keçirilməsində istifadə olunur. Hollandiyanın Maliyyə naziri Jeroen Dijsselbloem isə böyük nominallı əskinasların terrorizmin maliyyələşdirilməsində asanlıqla istifadə olunduğunu və bunun böyük risk yaratdığını bildirib. O, Avropa Mərkəzi Bankına (AMB) müvafiq məsələ ilə bağlı araşdırmanın aparılması üçün müraciət ediləcəyini bildirib.

Ötən il Parisdə törədilmiş terror aktlarından sonra Fransa hökuməti Avropa İttifaqını terrorizmin maliyyələşdirilməsi ilə mübarizə istiqamətində vahid yanaşma tətbiq etməyə çağırır. Qurumun bu ay irəli sürdüyü fəaliyyət planında yüksək dəyərə malik olması baxımından 500 avroluq əsginazlara kriminal şəbəkələr arasında böyük tələbatın olması xüsusi vurğulanır.

AMB-nin məlumatına görə, dövriyyədəki təxminən 1 trilyon avronun 30 faizi 500 avroluq əskinaslardan ibarətdir

Azertag.az