XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2016 - 14:55

Qızılın unsiyası [color=red] 1400 dollar ola bilər

qızıllar.jpg

Reuters-in xəbərinə görə, "DoubleLine Capital"ın təsisçisi və İcraçı direktoru Ceffri Gundlach investorların mərkəzi banklara olan inamının itməsi səbəbindən  qızılın unsiyasının 1400 dollara çatmasının mümkün olduğunu deyib.

Gundlach  mənfi faizlərin zərərli olduğu və iqtisadiyyata kömək olmayacağına dair əlamətlərin sayının çoxaldığını deyib.  

ABŞ Mərkəzi Bankı funksiyasını yerinə yetirən FED sədri Canet Yellen isə iqtisadiyyatın vəziyyəti pisləşərsə mənfi faizə keçəcəklərini açıqlayıb . Avropa və Yaponiya Mərkəzi Bankları da bir vaxtlar radikal bir fikir olaraq görülən neqativ faiz nisbətinə keçərək can verən iqtisadiyyatlarını canlandırmaq istəyir.

Gundlach neqativ faiz nisbətinin səhmlər və xüsusilə də bank və maliyyə şirkətlərinin qiymətli kağızları ilə yüksək dərəcədə düz mütənasib olduğunu deyib. Xüsusilə bu sektorlardakı səhmlərin neqativ faiz dərəcələrinin gəlirliliyə mənfi təsir edəcəyinə dair gözlənti səbəbindən  ciddi şəkildə satış təzyiqi altında olduğunu qeyd edib. Bu səbəbdən də qlobal birjalar düşür.

Qeyd edək ki, hazırda dünya birjalarında qızılın unsiyasının (31,1 qram) qiyməti 1236 dollardır.

marja.az