XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 December 2019 - 12:11

ABŞ Fransa istehsalı olan məhsullara əlavə vergi tətbiq edəcək –Vaşinqtondan Parisə cavab gecikmədi

Fransanın ABŞ-ın “Google”, “Apple”, “Facebook” və “Amazon” kimi texnologiya nəhənglərinə tətbiq etdiyi rəqəmsal xidmət vergisinə qarşı tərəfdən cavab gəlib. 

Məlumata görə,  ABŞ Fransa istehsalı olan 2,4 milyard dollar dəyərində məhsula əlavə vergi tətbiq etməyi planlaşdırır.

“Fransanın rəqəmsal xidmət vergisi ABŞ şirkətlərinə qarşı ayrı-seçkilikdir”, – ABŞ-ın yerli Ticarət Nümayəndəliyindən bildirilib.

Nümayəndəliyin rəhbəri Robert Laythayzer Avstriya, İtaliya və Türkiyəyə qarşı əlavə verginin tətbiq oluna biləcəyini deyib.

Xatırladaq ki, Fransada yeni vergilər ictimai müzakirələr başa çatdıqdan sonra gələn ilin əvvəlindən tətbiq ediləcək/Report.