XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 Dekabr 2019 - 11:35

Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib –Nazirlikdən açıqlama

Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Strateq.az-a verilən məlumata görə, tinglərə Heydər Əliyev Hava Limanında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilib.

Bildirilib ki, tut tingləri müəyyən olunmuş bölgülər üzrə rayonlarda baramaçılıq sahəsində fəaliyyət göstərən fermerlərə pulsuz paylanacaq. Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımının keyfiyyətli olması səbəbindən barama qurdundan əldə olunan məhsul da bazar rəqabətinə davamlıdır.

Xatırladaq ki, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilib. 2016-cı ildə Çin Xalq Respublikasından 1,5 milyon tut (çəkil) tingi, 2017-ci ildə 1 milyon ədəd, 2018-ci ildə isə əlavə olaraq yenidən 1 milyon ədəd tut tingi gətirilərək çinli mütəxəssislərin müşayiəti ilə 38 rayonda intensiv tipli tut bağlarının salınması təmin olunub. Tut tinglərinin əkilməsi və digər qulluq işlərinin həyata keçirilməsində fermerlərə müvafiq məsləhət xidmətləri göstərilməkdədir.