XƏBƏR LENTİ

19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

05 Dekabr 2019 - 20:24

Bloomberg:"FED 2020-ci ildə faizi dəyişdirməyəcək"

Əvvəllər faizlərin azaldılmasını gözləyən ekspertlərin əksəriyyəti fikirlərini dəyişdirib və Federal Ehtiyat Sisteminin (FED) gələn il faiz nisbətini dəyişməyərək 1,5-1,75% arasında saxlayacağını gözləyirlər.

“Bloomberg” 29 iqtisadçı arasında apardığı sorğuya əsasən bu nəticəyə gəlib.

Məlumata görə, sorğuda iştirak edənlərin 90%-dən çoxu FED-in builki faiz endirimlərinin iqtisadi artımı dəstəklədiyini və pul siyasətinin “yaxşı bir yerdə” olduğunu qeyd ediblər.

Qeyd edək ki, iqtisadçılar gələn il iqtisadiyyatda resesiya ehtimalının azaldığını vurğulayıblar. Ancaq ABŞ iqtisadiyyatı üçün gələn il ən böyük təhlükə ticarət müharibələri və qlobal iqtisadi artımın yavaşladığını bildiriblər/Report.