XƏBƏR LENTİ

19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

05 Dekabr 2019 - 19:11

Ukrayna-Rusiya danışıqları baş tutmayıb –Qaz tranziti ilə bağlı

Rusiya təbii qazının Ukrayna ərazisindən tranzitinə dair Ukraynanın energetika naziri Aleksey Orjelin təşəbbüsü ilə iki ölkə arasında bu günə nəzərdə tutulan danışıqlar baş tutmayıb.

Bu barədə Ukrayna Energetika Nazirliyindən bildiriblər.

İki ölkə arasında qüvvədə olan tranzit müqaviləsinin müddəti dekabrın sonunda başa çatır, yeni uzunmüddətli müqavilənin isə 13 dekabra qədər imzalana biləcəyi deyilir. Rusiya tərəfi yeni müqavilə imzalamaq üçün qarşı tərəfin beynəlxalq məhkəmələrdəki iddialarından əl çəkməsini şərt qoşur, Ukrayna tərəfi isə bunu rədd edir.

Qeyd edək ki, Ukraynanın dövlət neft-qaz şirkəti “Naftoqaz”  Rusiyanın dövlət qaz şirkəti – “Qazprom”dan 22 milyard ABŞ dolları tranzit haqqı tələb edir. Rusiya tərəfi isə təklif olunan tranzit haqqının ifrat yüksək olduğunu bildirir/Report.