XƏBƏR LENTİ

20 Yanvar 2020
19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

06 Dekabr 2019 - 13:59

“Fitch” neftin qiyməti ilə bağlı proqnozlarını endirib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi neftin qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, bu il üçün proqnozlaşdırılan qiymət Brent neftinin bir bareli üçün 65 dollardan 63,4 dollara, WTI markalı neftin bir bareli üçün isə 57,5 dollardan 56,83 dollara endirilib.

Agentliyin 2020-2021-ci illərdə neft qiymətləri üzrə proqnozları isə dəyişməyib. 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılır.

Agentliyin proqnozlarına əsasən, 2022-ci il və daha uzunmüddətli perspektivdə Brent neftinin bir bareli 57,5 dollar, WTI markalı neftin bir bareli isə 55 dollar olacaq. (apa)