XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

07 Dekabr 2019 - 11:44

Rusiya iqtisadiyyatı üçün əsas risklər nələrdir?- “Deutsche Bank” açıqladı

Dünya bazarında neftin indiki qiyməti və artan borc yükü Rusiya iqtisadiyyatı üçün əsas risklər olaraq qalır. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Bank”nın “İnkişaf etməkdə olan bazarların perspektivləri – 2020” icmalında bildirilir.

Sənəddə həmçinin deyilir ki, bu il Rusiyada iqtisadi artım tempi 1,2%, gələn il isə 1,6% təşkil edəcək. “Deutsche Bank” hesab edir ki, Rusiya Bankının (Mərkəzi Bank) dekabrın 13-də keçiriləcək iclasında uçot dərəcəsi 6,5% -dən 6,25% -ə endiriləcək və bu yolla iqtisadiyyat dəstəklənəcək.

Bundan başqa, Bankın proqnozuna əsasən, 2020-ci ilin I yarısında Rusiyada 1 ABŞ dolları 62,5 rubla bərabər olacaq. II yarımildə isə məzənnə 63,5 rubla qalxacaq.