XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

07 Dekabr 2019 - 17:25

“Saudi Aramco”nun bazar dəyəri 2 trilyon dolları keçəcək”- Energetika naziri

“Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun bazar dəyəri 2 trilyon ABŞ dollarını keçəcək”.

“Report” xəbər verir ki, bunu Krallığın enerji naziri şahzadə Əbdüləziz bin Salman deyib.

O, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü olan və olmayan ölkələrin enerji nazirlərinin Avstriyanın paytaxtı Vyanada keçirilmiş iclasından sonra jurnalistlərə açıqlama verib və “Saudi Aramco”nun dekabrın 5-də reallaşdırdığı IPO-nu (səhmlərin ilkin kütləvi tədavülü) şərh edib.

Xatırladaq ki, milli neft şirkəti həmin gün səhmlərinin 1,5%-ni və yaxud 3 milyard səhmini satışa çıxarıb. İnvestorlar qiymətli kağızların hər birinə 32 rial və yaxud 8,53 dollar təklif ediblər. Son nəticədə “Saudi Aramco” 25,59 milyard dollar gəlir əldə edib və onun bazar dəyəri 1,7 trilyon dollara çatıb. Bu, dünyada rekord məbləğ sayılır.