XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2019 - 16:26

Rusiya indiyədək Azərbaycana 4,9 milyard dollar sərmayə yatırıb –Şahin Mustafayev

“Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 4,9 mlrd. ABŞ dolları təşkil edir”.

Bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasında çıxış edən Azərbaycanın Baş Nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 mlrd. dollar investisiya yatırıb.

Bundan başqa, Baş Nazirin müavini bildirib ki, ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 19%, bu ilin 10 ayında isə 23% artıb.

“İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində işlər aparılır və onların genişləndirilməsi üçün böyük imkanlar var”, – deyə Ş. Mustafayev qeyd edib. (apa)