XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2019 - 21:18

“Azərbaycanın sənaye zonalarına 6 milyard manatdan çox investisiya yatırılması nəzərdə tutulur” –Nazir müavini

Azərbaycanın sənaye zonalarına 6 milyard manatdan çox investisiya yatırılması nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda beş sənaye məhəlləsi və beş sənaye parkı yaradılıb: “Sənaye zonalarında 83 rezident fəaliyyət göstərir. 6 milyard manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinə 60 milyon manata qədər vəsait yatırılacaq, 11 milyon manata qədər vəsait artıq yatırılıb”. (Report)