XƏBƏR LENTİ

20 Yanvar 2020
19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 22:38

Azərbaycan nefti bahalaşıb –Qiymət

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 69,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 66,9 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel çoxdur.