XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2019 - 14:23

“Azərbaycanda alternativ enerji mənbələri mövcuddur”- Nazir müavini

“Hazırda Azərbaycanda yüngül hasil oluna bilən neft yataqlarının olmamasına baxmayaraq, alternativ enerji mənbələri mövcuddur”.

APA-Economics”in məlumatına görə, bunu “Baker Hughes” şirkəti tərəfindən Bakıda təşkil edilmiş “Energy Forward” adlı konfransında çıxış edən Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, yüngül çıxarıla bilən neft yataqlarının olmaması daha aparıcı və innovativ texnika və texnologiyalarının istifadəsini tələb edir.

Bundan başqa, bu şəraitə baxmayaraq, alternativ enerji mənbələri də mövcuddur və bu istiqamətin işlənməsinə ciddi fikir verilməlidir, deyə E. Soltanov qeyd edib.