XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 Mart 2015 - 12:19

“Bank of Baku”dan kart sahiblərinə qadağa gəldi

bitmap-img6

“Bank of Baku” ya aid olan “Bolkart”ın limitinin uzadılması dayandırılıb.

Bank istifadə müddəti bitən taksit kartlarının vaxtını uzatmır. Müştəri kimi banka müraciət etdiyimiz zaman qeyd olundu ki, bu əməliyyat müvəqqəti olaraq dayandırılıb.

Eyni zamanda, kartın gələcək valyutası da bəlli deyil. Belə ki, kart üzrə əməliyyatların manat, yoxsa dollarla aparılacağı müəyyən olunmayıb.

Nəzərə çatdıraq ki, “Bolkart” üzrə limit son 12 aydakı mobil rabitə ödənişinin 200%-i həcmində artırılır. Bankın daimi müştərilərinə daha artıq məbləğ ayrılır. Limit artırıldıqdan sonra məbləğin azaldılması da istisna deyil.(publika.az)