XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

10 Dekabr 2019 - 17:32

24 dövlət əmlakı özəlləşdirilib –ƏMDK-da hərrac keçirilib

Bugünkü hərracda 24 dövlət əmlakı özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Strateq.az-a verilən məlumata görə,  dekabrın 10-u dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

İştirakçıların fəallığı budəfəki hərracda rəqabətli mühiti təmin edib. Belə ki, 24 dövlət əmlakı üzrə ümumilikdə 132 sifariş qeydə alınıb, sifarişlərdən 28-i elektron formada verilib.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki əmlak kompleksidir. Ümumi sahəsi 46,4 kvadratmetr olan dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 440 kvadratmetrdir.

Budəfəki hərracda bütün nəqliyyat vasitələri rəqabət yaradıb. Buraxılış tarixləri 2008-ci il olan “VAZ” markalı avtomobillərdən birinin ilkin qiyməti 3 min 600 manat olsa da hərrac iştirakçıları arasında rəqabət nəticəsində nəqliyyat vasitəsi 6 min 100 manata özəlləşdirilib.

Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifarişçi statusu qazanmaq istəyən şəxslər rəsmi sayta (“emdk.gov.az”) və ya Özəlləşdirmə portalına (“privatization.az”) daxil ola bilər.