XƏBƏR LENTİ

14 İyul 2020

Digər Xəbərlər

11 Dekabr 2019 - 19:18

Səməd Qurbanov:"Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb"

Azərbaycan – Rusiya və Rusiya – Azərbaycan işgüzar şuralarının əməkdaşlığı çərçivəsində turizm alyansı yaradılıb.

Bu barədə Azərbaycan – Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında qurumun İdarə Heyətinin sədri Səməd Qurbanov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərəcək yeni alyansa “PAŞA Travel” şirkətinin icraçı direktoru Anar Rəhmanov başçılıq edəcək.

S.Qurbanov həmin əməkdaşlığın inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.

“Bu il Azərbaycan – Rusiya İşgüzar Şurasının altı iclasını keçirmişik, üzvlərin sayı artıb. Bu gün 145 şirkət və təşkilat Şuranın üzvüdür. Gələn ilin əvvəlində Şuranın yeni tərkibdə ilk iclasını keçirəcəyik”, – Şuranın sədri bildirib.

Onun sözlərinə görə, həmçinin Azərbaycan – Rusiya İşgüzar Şurasının Turizm Komissiyasının da iclası gələn ilin əvvəllərində keçiriləcək/Report.