XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2019 - 11:57

Benzin və dizel yanacağına aksiz vergisi artırılır –Özbəkistanda

Gələn il aprelin 1-dən etibarən Özbəkistanda yekun istehlakçıya satılan benzin, dizel yanacağı, maye qaz və sıxılmış qaza tətbiq olunan aksiz vergisi dərəcəsi artırılacaq.

Özbəkistan KİV-ləri xəbər verir ki, bu, yaxınlarda Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən imzalanan “2020-ci ilin dövlət büdcəsi haqqında” qanundan irəli gəlir.

Belə ki, benzin, dizel yanacağı və maye qaza tətbiq olunan aksiz vergisi dərəcəsi 22,9%, sıxılmış qaza isə 14,9% səviyyəsində indeksləşdiriləcək.

Bundan əlavə, 2020-ci ildə alkoqol və tütün məhsullarına aksiz vergi dərəcələri iki dəfə artacaq/Report.