XƏBƏR LENTİ

24 Yanvar 2020

Digər Xəbərlər

12 Dekabr 2019 - 12:06

Xoşbəxt Yusifzadə:“TANAP-la indiyədək 3,5 mlrd. kubmetr qaz nəql edilib”

 

“Bu günədək Türkiyəyə Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə 3,5 mlrd. kubmetr “Şahdəniz” qazı nəql edilib”.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Xalq qəzeti”nə müsahibəsində məlumat verib:

“2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, Ukrayna, Serbiya, Şimali Kipr respublikaları rəhbərlərinin iştirakı ilə Cənub Qaz Dəhlizinin 2000 kilometrlik hissəsinin – TANAP adı ilə məşhur olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin təntənəli açılışı oldu. Beləliklə də “Şahdəniz” qazının TANAP vasitəsilə Türkiyəyə nəqlinə başlandı. Ən nəhayət bütün Avrasiya üçün tarixi hadisə olan və bu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətində TANAP layihəsinin Avropa ilə birləşən hissəsinin açılışı təkcə ölkəmiz üçün deyil, bütün Avropa üçün böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına çatdırılacaq.

TANAP-ın investisiya dəyəri 6,5 mlrd. dollar təşkil edib/Report.