XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2019 - 00:17

Azərbaycan nefti ucuzlaşıb- Qiymət

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 68,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel azdır.